Rayonlarda yağıntı intensivləşəcək, yollar buz bağlayacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:41 Saniyə

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Bununla yanaşı yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Loading

Next Post

Fərid Qayıbov: "Güləş Azərbaycan üçün vacib idman növüdür"

Güləş Azərbaycan üçün vacib idman növüdür. Bunu gənclər və idman naziri Fərid Qayıbov güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib. O, ölkədə güləşin inkişaf etdiyini söyləyib: “Öncə hər birinizi Yeni İl münasibətilə təbrik edirəm və idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Güləş bizim üçün ənənəvi idman növüdür, bunu dəfələrlə ölkə başçısı […]