Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Oxunma vaxtı:31 Saniyə

“Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə 4 milyard manat vəsait ayrılacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma əsas prioritetlərdəndir. Gələn il bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Azərbaycanın qonşu Ermənistan və Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən 1.3 dəfə çoxdur. 

Büdcə gəlirlərimiz artım dinamikasına malikdir. Ötən il dövlət büdcəsinin gəlirləri 23.6 milyard manat idisə, 2025-ci ildə 23.8 milyard manat proqnozlaşdırılırb”, – deyə komitə sədri bildirib.

Loading

Next Post

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq, leysan xarakterli yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında isə […]