“Qarabağ” “Bayer”lə heç-heçə etdi – YENİLƏNİB

Oxunma vaxtı:1 Dəqiqə, 30 Saniyə

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” Almaniyanın “Bayer” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib.

Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

***

Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Bayer” oyununda hesab bərabərləşib.

Patrik Şik 92-cu dəqiqədə bərabərlik qolunu vurub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

***

23:17

Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Bayer 04 Leverkusen” oyununda hesab arasındakı fərq azalıb.

Modern.az xəbər verir ki, 71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldıb. Vits adını tabloya yazdırıb – 2:1.

***

22:38

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və “Bayer” komandaları arasındakı oyunda fərq artıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 45+2-ci dəqiqəsində Olavio Juninyo rəqibi ikinci dəfə cəzalandırıb 2:0.

Bununla da birinci hissə başa çatıb.

***

22:14

“Qarabağ” və “Bayer 04” arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

26-cı dəqiqədə Ağdam klubunun futbolçusu Yassin Benzia topu qapıdan keçirib.

***

21:45

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” – “Bayer” matçı başlayıb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.

Loading

Next Post

Bu gün Beynəlxalq Qadınlar Günüdür

8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub.Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün […]