Bu həftə 11 günlük tətil BAŞLAYIR

Oxunma vaxtı:39 Saniyə

Bu həftə Azərbaycanda 11 günlük tətil başlayır.

Bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. 

Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdüyü üçün növbəti iş günü istirahət günü hesab olunur.

Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. 31 mart bayramdan sonra ilk iş günü olacaq.

Loading

Next Post

Qəbul imtahanlarının tarixi açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb. Dövlər İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq. Həmçinin coğrafiya fənni üzrə əlavə imtahanda iyunun 7-də keçiriləcək. Qeyd edək ki, bu gündən başlayan […]