Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları omanlı həmkarına təqdim edib – YENİLƏNİB

Oxunma vaxtı:30 Saniyə

İranın xarici işlər naziri Abbas Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları sonradan ABŞ nümayəndə heyətinə çatdırılması üçün omanlı həmkarına təqdim edib.

Bu barədə TASS məlumat yayıb.

***

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb.

Bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.

Loading

Next Post

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə […]