Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

MSK-da Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.

Sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

O, oktyabrın 15-dən etibarən, vəzifəsinin icrasına başlayıb.

Loading

Next Post

Pakistan və "Taliban" 48 saatlıq atəşkəs barədə razılaşıblar - YENİLƏNİB

Pakistan Əfqanıstanın xahişinə əsasən “Taliban” rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. *** Pakistan Silahlı Qüvvələri “Taliban”ın son hücumlarına cavab olaraq Əfqanıstanın Qəndəhar vilayətindəki hədəflərə dəqiq zərbələr endirib. Bu barədə “Report” Pakistan KİV-inə istinadən xəbər verir. Məlumata görə, əməliyyat “Taliban” tərəfindən son […]