Pakistan və “Taliban” 48 saatlıq atəşkəs barədə razılaşıblar – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Pakistan Əfqanıstanın xahişinə əsasən “Taliban” rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

Pakistan Silahlı Qüvvələri “Taliban”ın son hücumlarına cavab olaraq Əfqanıstanın Qəndəhar vilayətindəki hədəflərə dəqiq zərbələr endirib.

Bu barədə “Report” Pakistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat “Taliban” tərəfindən son vaxtlar həyata keçirilən hücumlara cavab olub.

Eyni zamanda qeyd edilir ki, Pakistanın zərbələri nəticəsində Əfqanıstan ərazisindəki döyüşçülərin əsas sığınacaqları məhv edilib və sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qruplaşmalara əhəmiyyətli zərər vurulub.

Bildirilib ki, Pakistan hərbçilərinin apardığı əməliyyat nəticəsində onlarla döyüşçü öldürülüb.

Bundan əlavə sosial şəbəkələrdə Pakistan hərbçilərinin Əfqanıstanın paytaxtı Kabilə zərbələr endirdiyi qeyd olunur.

Loading

Next Post

NUFA3 iştirakçılarına Şuşada tanıtım turu təşkil olunub

Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunun (NUFA3) iştirakçılarına Şuşa şəhərində tanıtım turu təşkil olunub. Bu barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib. Onun sözlərinə görə, forum iştirakçıları şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. NUFA3 “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir. […]