Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

Oxunma vaxtı:31 Saniyə

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib.

“Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, balanslaşdırılmış xarici siyasət Ermənistan üçün yeni imkanlar yaradacaq”, – o deyib.

Baş nazirin sözlərinə görə, Türkiyənin özü ilə münasibətlərin olmaması xarici siyasi münasibətlərdəki asimmetriyanı göstərir. Bu balansın bərpası üçün Ermənistanın yalnız Türkiyə və Azərbaycanla deyil, bütün dövlətlərlə münasibətlərin saxlanılması zəruridir.

“Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir”, – Paşinyan vurğulayıb.

Loading

Next Post

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azadlığa Dəstək Aktının 907-ci bölməsinin istisnasının uzadılmasına görə təşəkkür edib.Bu barədə Azərbaycan Prezidentinin “X” sosial şəbəkəsində paylaşım edilib: