Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmir və yenidənqurulmasına 600 min manat ayrıldı – SƏRƏNCAM

Oxunma vaxtı:30 Saniyə

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Doğrusöztv.Az xəbər verir ki, sərəncamda deyilir:

– Talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ağdamda gördüklərimizdən çox sarsılırıq - Fərəh Əliyeva

Mən işğaldan əvvəl də Ağdamda olmuşdum və bu gün gördüklərimizdən çox sarsılırıq. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri […]