Ağdamda gördüklərimizdən çox sarsılırıq – Fərəh Əliyeva

Oxunma vaxtı:1 Dəqiqə, 8 Saniyə

Mən işğaldan əvvəl də Ağdamda olmuşdum və bu gün gördüklərimizdən çox sarsılırıq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva deyib.

Onun sözlərinə görə, işçi qrupunun bütün üzvləri ilə bu gün Ağdama edilən səfərin məqsədi vəziyyətlə yerində tanış olmaqdır.

F.Əliyeva bildirib ki, işçi qrupunun tərkibində alimlər, mütəxəsislər, rəsmilər var: “Siz bilirsiniz ki, Ağdam işğaldan azad edildikdən sonra cənab Prezident burada səfərdə olub. Ağdamın çox gözəl gələcəyi var, həmçinin, çox gözəl tarixi, keçmişi var və Ağdamın gələcəyində bu keçmiş də yaşamalıdır. Cənab Prezidentin göstərişlərinə uyğun olaraq layihələr üzərində işlərə başlanılıb. Bu gün biz Ağdama baxış keçirib rəyimizi təqdim etməliyik. Mən işğaldan əvvəl də Ağdamda olmuşdum və bu gün gördüklərimizdən çox sarsılırıq”.

F.Əliyevaə qeyd edib ki, ermənilərin bir “yenilməzlik” mifi var idi, ancaq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu bu mifi məhv etdi: “Xalqımızın yenilməzlik ruhu var və biz bu ruhu Ağdam şəhərinin bərpası zamanı göstərəcəyik, mən buna əminəm”.

İşçi qrupun rəhbəri əlavə edib ki, ermənilər Ağdamda salamat bina qoymayıb: “Tarixi abidələri əvvəlki görkəminə qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Əsgərləzimiz burada qan töküb, canlarını verib bu torpaqları geri qaytarıblar və biz də tarixi yaddaşımızı yaşatmalıyıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək - Hikmət Hacıyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Doğrusöztv.Az -ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar […]