İlham Əliyev sərəncam imzaladı

Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Loading

Next Post

Medianın İnkişafı Agentliyində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb. BiG.AZ xəbər verir ki, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb. […]