Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Oxunma vaxtı:28 Saniyə

İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb.

BiG.AZ xəbər verir ki, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov qaliblərə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, media islahatları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Media sahəsində qaliblərin fikirlərini dinləyən Əhməd İsmayılov onların mediaya dair məsələlərlə bağlı suallarını cavablandırıb, yeni təkliflər haqqında fikir mübadiləsi aparıb.

Medianın İnkişafı Agentliyində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Medianın İnkişafı Agentliyində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Medianın İnkişafı Agentliyində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Loading

Next Post

Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq - AÇIQLAMA

“Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”.  Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.  O deyib ki, mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir […]