Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq – AÇIQLAMA

Oxunma vaxtı:25 Saniyə

“Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O deyib ki, mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir əsası yoxdur. 

“Sadəcə, mənzillər sürətli şəkildə istifadəçilər tərəfindən seçildiyindən istifadəçilərdə belə bir təəssürat yaranır. Lakin mənzillər yalnız müsabiqə günü, müsabiqə saatında satışa çıxarılır”, -deyə o əlavə edib.

Loading

Next Post

Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.Bu barədə o, “Instragram” hesabında paylaşım edib.Paylaşımda deyilir:“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah […]