Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? – RƏSMİ

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Milli Məclisdə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri məsələsi gündəmə gətirilib.

Bununla bağlı sualı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Məşhur Məmmədov verib.

Onun “Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tariflərinin müəyyən edilməsi mümkündürmü?” sualına cavab olaraq Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov belə cavab verib: “Enerji sistemində səmərəliliyin təmin olunması hər zaman nazirliyin marağında olub. Həmişə belə təkliflərlə çıxış etmişik. Amma elektrik enerjisi üzrə gecə və gündüz tariflərini tətbiq etmək sadə məsələ deyil.

Ona görə ki, sayğaclaşdırma buna uyğun qurulmalıdır. Gecə-gündüz tariflərinə keçmək istəsək, bunu hesablayan xüsusi smart sayğaclar olmalıdır”.(Qafqazinfo)

Loading

Next Post

İstanbulda bina çökdü

İstanbulda bina çöküb. Fatih Katip Kasım Mahallesi Hadım Odaları küçəsində yerləşən 3 mərtəbəli binada çökmə baş verib. Hadisə yerinə çoxlu sayda xilasedicilər, səhiyyə və polis qüvvələri göndərilib. Xilasedicilər dağıntılarla bağlı araşdırmalara başlayıb. Tələfatın olmadığı, qrupların işinin davam etdiyi bildirilir. AZXEBER.COM