8 martın əvəzində hansı gün iş olmayacaq? – Rəsmi QƏRAR

Oxunma vaxtı:45 Saniyə

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 martla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq.

Əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub.

Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir:

“İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”.

Beləliklə, ölkəmizdə ardıcıl 12 gün – martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq.

Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Loading

Next Post

Dövlət Komitəsinin əməkdaşları Bakıda saxlanılan ermənilərin saxlanma şəraiti ilə tanış olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçirib. Bu barədə Tural Hüseynovun “Report”a verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman […]