Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib

Oxunma vaxtı:33 Saniyə

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram.

Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi Sizə həmişə heyranam.

Siz təmiz və fədakar ürəyiniz, xeyirxah əməlləriniz ilə haqlı olaraq bütün Azərbaycan xalqının məhəbbətini, Özbəkistanda və dünyanın digər ölkələrində böyük hörmət qazanmısınız.

Bu gözəl gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə səadəti, mənəvi harmoniya, bütün yaxşı təşəbbüslərinizi həyata keçirmək naminə tükənməz güc və enerji arzulayıram.

Qoy, həyatınız həmişə sevinc, yaxınlarınızın qayğısı və dəstəyi ilə dolsun!”

Loading

Next Post

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.  Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov […]