Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək

Oxunma vaxtı:30 Saniyə

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, iyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq.

Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl rayonunda, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcək.

İyunun 28-də isə digər şəhidlər – Cavadov Elman Xurşud oğlu Sumqayıt Şəhidlər Xiyabanında, Əbdürəhmanov Yasin Şakir oğlu Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Yaqubov Fəqan Misir oğlu isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaq.

Loading

Next Post

Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib

Baş nazir Əli Əsədov “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərarla qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib. Müəyyən edilir ki, “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nda nəzərdə tutulmuş tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir. Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə […]