Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Oxunma vaxtı:39 Saniyə

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13 % artaraq 3,4 milyard manatdan çox təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,4 % artaraq 183,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,89 % artaraq 139,1 milyon manata çatıb.

11 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,5 % artaraq 913,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 % artaraq 651,2 milyon manat olub.

Loading

Next Post

Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb

İranın paytaxtı Tehranda Suriyanın səfirliyi fəaliyyətini dayandırıb. Bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, diplomatik missiyanın fəaliyyətini dayandırmasına səbəb Suriyadakı hadisələr göstərilir. Məlumata görə, səfirliyin binası qarşısında lövhə hələ də asılı qalır. Ancaq binanın üzərində heç bir bayraq asılmayıb. Səfirliyin ərazisi asayiş keşikçiləri tərəfndən qorunur. Qeyd edək ki, Suriyanın […]