Azərbaycan Kuboku: “Qarabağ” bu gün “Şamaxı” ilə cavab oyununa çıxacaq

Oxunma vaxtı:27 Saniyə

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu bu gün keçiriləcək.

Günün yeganə matçında “Qarabağ” “Şamaxı” ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.

Şamaxıdakı ilk qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi növbəti raundda “Sabah” – “Qəbələ” duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün “Sumqayıt”ı 2:0 hesabı ilə üstələyən (ilk oyun – 0:0) “Zirə” komandası yarımfinalda iştirakını təmin edib.

Loading

Next Post

İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında edilən paylaşımda qeyd olunub. “Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”, […]