Azərbaycan neftinin qiyməti 98 dollara düşüb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,49 ABŞ dolları və ya 2,53 % azalaraq 95,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

İsmayıllıda güclü külək fəsadlara yol açıb

İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli […]