Azərbaycan Prezidenti: Türkiyənin mətbuatı, bütün ictimai qurumları müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdi

Oxunma vaxtı:34 Saniyə

Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda kommunal xidmət sahələrinin fəaliytyəti barədə rəy sorğusu keçirilib

Media Təhlil Mərkəzi kommunal xidmət sahələrinin fəaliyyəti barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib. Doğrusöztv.Az-ın məlumatına görə, sorğunun nəticələrinə əsasən, respondentlərin 42,4 faizi “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən razı qalıb. Rəyi soruşulanların 28 faizi elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yarandığını, 19,2 faizi elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu, 10,4%-i isə […]