Azərbaycanda kommunal xidmət sahələrinin fəaliytyəti barədə rəy sorğusu keçirilib

Oxunma vaxtı:52 Saniyə

Media Təhlil Mərkəzi kommunal xidmət sahələrinin fəaliyyəti barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Doğrusöztv.Az-ın məlumatına görə, sorğunun nəticələrinə əsasən, respondentlərin 42,4 faizi “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən razı qalıb. Rəyi soruşulanların 28 faizi elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yarandığını, 19,2 faizi elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu, 10,4%-i isə göstərilən xidmətlərin səviyyəsindən narazılığını bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin göstərdiyi xidmətlərdən isə sorğu iştirakçılarının 27,7 faizi tam razı olduğunu deyib. Respondentlərin 30 faizi qazın zəif olduğunu, 19,7 faizi qazın təmiz olmadığını, 13,8 faizi qaz sayğaclarının göstəricilərinin səhv olduğunu, 8,8 faizi isə qazın verilişində tez-tez fasilələrin yarandığını qeyd edib.

Eyni zamanda, “Azərsu” ASC-nin fəaliyyəti isə sorğu iştirakçılarının 31,8 faizini qane edir. İştirakçıların 39,3 faizi suyun təmiz olmadığını, 13,6 faizi suyun tez-tez kəsildiyini, 9,8 faizi suyun az gəldiyini, 5,5 faizi isə sayğac göstəricilərinin səhv olduğunu bildirib.

Qeyd edək ki, rəy sorğusunda 817 nəfər iştirak edib. Onlardan 41,4 faizi qadınlar, 58,6 faizi isə kişilər olub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ATƏT sədri Ann Linde Azərbaycana səfər edəcək

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir. Doğrusöztv.az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə xanım Linde özünün “Twitter” səhifəsində yazıb. A.Linde ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə Azərbaycan və Ermənistana gözlənilən səfəri […]