“Qarabağ” “Şelburn”la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq

Oxunma vaxtı:28 Saniyə

“Qarabağ” “Şelburn”la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında bildirib.

Mütəxəssis zədə səbəbindən yeni transfer Dani Boltun adının iştirak ərizəsinə salınmayacağını, Marko Yankoviçin isə heyətdə yer ala biləcəyini, bununla belə, risk etməmək üçün meydana buraxılmayacağını söyləyib.

Qeyd edək ki, “Qarabağ” – “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Loading

Next Post

İyulun son gününün havası açıqlanıb

Azərbaycanda iyulun 31-də havanın günəşli keçəcəyi, 41 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə […]