Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.

Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Loading

Next Post

Lvov atəşə tutuldu, 2 ölü, 23 yaralı

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib. Bu barədə məlumatı Lvovun meri Andrey Sadovıy öz teleqram kanalında paylaşıb.  Zərbə nəticəsində 2 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb.  Xatırladaq ki, dünən Poltava şəhərinin ballistik raketlərlə atəşə tutulması nəticəsində 47 nəfər həlak olub, 206 nəfər […]