Pərviz Şahbazov: “Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir”

Oxunma vaxtı:33 Saniyə

Enerji təhlükəsizliyi məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

“Report”un Antalyaya ezam olunmuş müxbirinin məlumatına görə, energetika naziri Pərviz Şahbazov bunu Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel sessiyasında bəyan edib.

“Bu günlərdə, məlum olduğu kimi, bir çox Yaxın Şərq ölkəsində çox ciddi böhran müşahidə olunur – bu, tarixi miqyaslı faciədir. Ümumilikdə söhbət qlobal enerji sektoruna daxil olmayan təxminən 12 milyon bareldən gedir”, – nazir deyib.

Onun sözlərinə görə, eskalasiyadan əvvəl Hörmüz boğazı vasitəsilə LNG-nin 80 %-dən çoxu, neftin 87 %-i, aviasiya yanacağı və dizelin 4 %-i Avropaya yönəldilirdi.

“Məhz buna görə Avropa neft və qaz ticarəti, eləcə də ümumilikdə enerji təchizatı baxımından son dərəcə həssas olaraq qalır”, – o deyib.

Loading

Next Post

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

Baş prokuror Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzuya baş sağlığı verib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda […]