Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb.

Bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir.

Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.

“Azərbaycan “Bir kəmər – bir yol” təşəbbüsünün üzv ölkəsidir. Bu təşəbbüs çərçivəsində vizasız razılaşma HKXIR pasport sahiblərinə fayda gətirəcək və ikitərəfli turizm, mədəniyyət və iqtisadi əlaqələrin güclənməsinə kömək edəcək”, – deyə HKXIR İmmiqrasiya Departamentinin nümayəndəsi qeyd edib.

Həmçinin qeyd olunur ki, Azərbaycan da daxil olmaqla, hazırda 175 ölkə və ərazi HKXIR pasport sahiblərinə vizasız giriş və ya gəliş zamanı viza təqdim edir.

Loading

Next Post

Növbəti dörd ildə 14 regional DOST mərkəzi istifadəyə veriləcək

Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox […]