Prezident: Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir.

“Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”. 

Loading

Next Post

İran parlamenti qapalı toplantı keçirir

İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə İslam Respublikası parlamentinin qapalı iclası keçirilir. Məlumatı SNN.İR yayıb. Məlumata görə, tədbirdə iqtisadi məsələlər də daxil olmaqla ölkə həyatının vacib və fundamental problemləri, onların həlli üzrə qəbul olunmuş qərarların müzakirə olunacağı gözlənilir. Mütəxəssislər ehtimal edirlər ki, toplantıda İranın ABŞ ilə danışıqları, Böyük Britaniya, Almaniya […]