Türkiyədə zəlzələdə ölənlərin sayı ARTDI

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 783 nəfərə çatıb.

Dogrusoztv.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların 7302 nəfəri xarici ölkə vətəndaşı olub.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda zəlzələ nəticəsində 50 500 nəfərin həlak olduğu bildirilirdi.

Loading

Next Post

Evdə oturub 102-yə zəng etdi, metroda partlayış olduğunu dedi

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub. “Qafqazinfo”nun məlumatına görə, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib. Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin […]