“Avroviziya”nın final biletləri rekord müddətə satıldı

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Liverpulda keçiriləcək “Avroviziya-2023” mahnı müsabiqəsinin finalının biletləri 36 dəqiqəyə satılıb.

Bu barədə “Sky News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, biletlərə tələbat çox yüksək olduğundan bir çox istifadəçi problemlə qarşılaşıb.

Bir biletin qiyməti 80 ilə 380 funt sterlinq (təxminən 160-763 manat) arasında dəyişirdi. Qalan şoular üçün biletlər təxminən bir saat ərzində satılıb.

Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.

Loading

Next Post

Xankəndi-Laçın yolundakı aksiyanın 87-ci günüdür

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 87 gündür davam edir. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş […]