İlin ilk Günəş tutulması başlayıb

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Bu gün 2023-cü ilin ilk tutulma hadisəsi – Günəş tutulması başlayıb.

Bu barədə  Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

Loading

Next Post

ABŞ qırıcıları Alyaska yaxınlığında Rusiyanın iki strateji bombardmançısını nəzarətə götürüb

[center][img]https://azadmedia.az/uploads/posts/2023-04/1681961534_e99be4ca-426d-3204-a12e-c4ae1c970e18_850-1.jpg[/img][/center] ABŞ qırıcıları Rusiyanın iki “Tu-95” strateji bombardmançı təyyarəsini nəzarətə götürüb. Bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NOPAD) mətbuat xidməti məlumat yayıb. NOPAD personalı Alyaska Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olan və fəaliyyət göstərən iki Rusiya təyyarəsini aşkarlayıb, izləyib, dəqiq təsbit edib və nəzarətə götürüb. Bildirilib ki, nəzarətə […]