“Saakaşvili məsələsi ilə bağlı heç bir məsləhətləşmə olmayacaq” – Gürcüstan rəsmisi

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətə görə ölkə səfirinin Tbilisiyə göndərilməsindən sonra rəsmi Tibilisi Ukraynanın gələcək addımları ilə maraqlanmır.

“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbəri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, ölkə səfiri Ukraynadakı münaqişəyə baxmayaraq, Kiyevdə qalıb və işini davam etdimişdi.

“Artıq atılan addımı nəzərə alsaq, növbəti addımlar maraqlı deyil. Bu, acı bir reallıqdır. Saakaşvili məsələsi ilə bağlı heç bir məsləhətləşmələrə başlamaq olmaz”, – Kobaxidze bildirib.

O həmçinin əlavə edib ki, Ukraynanın bu addımını təkcə təhqir deyil, həm də təəssüfləndirici hesab edirlər. Kobaxidze vurğulayıb ki, Gürcüstan Ukrayna hakimiyyəti ilə “birtərəfli dostluq” rejimində qalacaq.

Loading

Next Post

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır: “Çimərliyə səhər saatlarından 11:00-a qədər, axşam saat 17:00-dan sonra getməyə üstünlük vermək lazımdır. Geyim seçimi […]