Elektrik, qaz və suya qanunsuz qoşulanların DİQQƏTİNƏ!

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb.

Qanunlara əsasən, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla qazpaylayıcı şəbəkəyə) qoşulması qadağan edilib.

Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulub.

Loading

Next Post

"Zəngəzur dəhlizi İranla bağlı problemdir" - Türkiyə Prezidenti

“Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. “Zəngəzur dəhlizi İranla bağlı bir problemdir. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll […]