“AzerGold” QSC-nin səlahiyyətləri artırıldı – SƏRƏNCAM

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Prezident İlham Əliyev Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında iqtisadi islahatların davam etdirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə qərara alınır ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etsin.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının 2-ci hissəsinə “əlvan” sözündən sonra “və qara” sözləri əlavə edilir.

Həmçinin, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının 1–3-cü hissələri ləğv edilir.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr zəngin […]