Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Doğrusöztv.Az xəbər verir ki, nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hikmət Hacıyev UNESCO Baş direktorunun ofisinin rəhbəri ilə video-konfrans formatında görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, 2021-ci ilin 15 fevral və 16 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə video-konfrans formatında görüşlər keçirib. Doğrusöztv.Az-ın […]