Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Oxunma vaxtı:28 Saniyə

Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə olacaq.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq 19 dekabr tarixində saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, “Qurtuluş 93”, “Yeni Bakı, “Nahid”, “Abşeron Gənclər Şəhərciyi” Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

ABŞ “green card”la ölkəyə gəlişi dayandırır

“Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “green card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır. Bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsində bildirib. “Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını […]