KİV: ABŞ PKK üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib

Oxunma vaxtı:21 Saniyə

ABŞ Kürd Fəhlə Partiyasının (PKK) döyüşçüləri üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib.

Bu barədə Türkiyənin “Star” qəzeti yazıb.

“ABŞ Suriyada küncə sıxışdırılmış PKK/YPG terror təşkilatına yeni hərbi avadanlıq göndərib”, – məlumatda bildirilib.

Məlumata görə, dekabrın 22-də ABŞ-nin iki hərbi yük təyyarəsi Həsəkədə eniş edib.

“Deyr əz-Zor bölgəsində gizlənən terrorçulara hərbi avadanlıq və sursat 60 zirehli və yük maşınından ibarət karvanla çatdırılıb”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəni nəzərə almaqla stansiyanın tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata […]