Prezident İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Oxunma vaxtı:32 Saniyə

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr zəngin tarixə və xoş ənənələrə malikdir. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olacaqdır.

Bu xoş gündə Sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim firavanlıq və rifah diləyirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dörd rayonda 17 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 2-də “Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Doğrusöztv.Az Trend – ə istinadən xəbər verir ki, Sərəncama əsasən, Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan […]