Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Oxunma vaxtı:27 Saniyə

Bu il 600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb.

Bu barədə “Report”un sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer – Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: “Əgər bundan əlavə digər ixtisas seçimləri etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz əsaslarla seçdiyindən qəbul ola bilməyib”.

Loading

Next Post

COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ 

İstixana qazı emissiyalarının balansını təmin etmək və karbon izi dünyada getdikcə daha vacib məsələlərə çevrilir. İstixana qazları emissiyalarının qlobal iqlim dəyişikliyinə təsiri böyükdür. Bu qazlar ətraf mühitin çirklənməsi kimi ciddi problemlərə səbəb ola bilir.İstixana qazı emissiyaları atmosferdə çoxaldıqca istilik balansı qalxır, nəticədə qlobal istiləşmə və iqlim dəyişikliyi baş verir. Bundan […]