İranda Əli Xamenei ilə vida mərasimi başlayıb

Oxunma vaxtı:36 Saniyə

İranda mərhum Ali dini rəhbər Əli Xamenei ilə vida mərasimi başlayıb.

Minlərlə insan ölkənin mərhum Ali dini rəhbəri Əli Xamenei ilə son ehtiramını ifadə etmək üçün Tehranın ən böyük dini kompleksi olan Mosallah kompleksinin ətrafında toplaşıb.

Vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edir. Qeyd edək ki, dünən keçirilmiş vida mərasimində də bir sıra ölkələrin rəsmiləri iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Həmin gün Əli Xamenei zərbələr nəticəsində ölüb. Tehran hücumlara cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

Loading

Next Post

Azərbaycan XİN ABŞ-ni təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik. 4 İyul […]