Abbas Ərakçi: İranla İsrail arasında atəşkəs rejimi çox kövrəkdir

Oxunma vaxtı:32 Saniyə

İranla İsrail arasında atəşkəs rejimi çox kövrəkdir.

Bunu İranın xarici işlər naziri Abbas Ərakçi bildirib.

“Danışıqlar yolu ilə əldə edilmiş razılaşmaya qayıtmaq mümkündür” sualına cavab olaraq nazir deyib:

“Bəli. Ancaq bunun üçün digər tərəfdən ciddi və real iradə tələb olunur. Hərbi variantdan imtina etmək lazımdır, biz irəli getməli və danışıqlar yolu ilə həll axtarmalıyıq”.

Onun sözlərinə görə, 12 günlük müharibə sübut etdi ki, İranın nüvə proqramı probleminin hərb yolu ilə həlli yoxdur:

“Yalnız diplomatik və danışıqlar yolu ilə həll effektiv ola bilər. Bu da yalnız İranın öz hərbi ambisiyalarından imtina edib, ona dəyən zərərin kompensasiya edilməsindən sonra mümkün olacaq. O halda danışıqlarda iştirak etməyə hazır olacağıq”.

Loading

Next Post

Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında sıxlıq yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən […]