Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib

Oxunma vaxtı:25 Saniyə

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür.

Bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İki tərəfin nümayəndə heyətlərinin işinin nəticəsi olaraq müəyyən razılaşmalara nail olunacağı halda belə bir görüş mümkündür. Bunu mümkün hesab edirik – lakin məhz iki tərəfin işinin nəticəsi olaraq və razılaşmaları şəklində müəyyən nəticələr əldə edildikdən sonra.

Eyni zamanda, nümayəndə heyətinin razılaşdırmalı olduğu sənədlərin imzalanması zamanı bizim üçün əsas və prinsipial məsələ Ukrayna tərəfindən bu sənədləri məhz kimin imzalayacağıdır”, – o qeyd edib.

Loading

Next Post

Sabah hava küləkli olacaq - XƏBƏRDARLIQ

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, […]