Traktorla minik maşını toqquşdu – İki nəfər öldü

Oxunma vaxtı:32 Saniyə

Tərtərdə traktorla minik maşını toqquşub.

Hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi “Belarus 82” markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi “VAZ 2101” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2101″də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan “Belarus 82” markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Loading

Next Post

Deputata ağır İTKİ

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.Deputatı anası vəfat edib. Millət vəkilinin anası Sevər Cabbarlının vəfat səbəbi açıqlanmayıb. Allah rəhmət eləsin!