Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub

Oxunma vaxtı:17 Saniyə

Pakistanın şimal-qərb bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus posta silahlı hücum olub.

Kurram bölgəsində silahlı şəxslərin polis postuna hücumunda 6 əsgər həlak olub.

Sözügedən ərazinin Əfqanıstan sərhədinə yaxın olduğu bildirilir.

Qeyd edək ki, hələlik hücumla bağlı məsuliyyəti heç kim öz üzərinə götürməsə də, bu cür hadisələrdə Pakistan adətən Talibanın Əfqanıstan qolu olan “Təhrike Taliban” qruplaşmasını günahlandırır.

Loading

Next Post

Deputatlar büdcə üçün toplaşdılar - Baş nazir parlamentə GƏLDİ

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir. Baş nazir Əli Əsədov və hökumət nümayəndələri də iclasa qatılıblar. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi […]