“Əmin olmalıyıq ki, Ukrayna NATO-ya üzv olacaq” – Zelenski

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

“NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik. Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin olmalıyıq ki, müharibədən sonra biz onun üzvü olacağıq və bu, bizim almaq istədiyimiz siqnaldır”, – deyə Zelenski bildirib.

O xatırladıb ki, hələlik Ukrayna NATO-nun üzvü olmasa da, ölkəsi təhlükəsizlik zəmanəti almalıdır.

Loading

Next Post

Özbaşına antibiotik istifadəsi şok yarada bilər? - VİDEO

Bir çox insan özündə baş ağrısı, halsızlıq, yüksək hərarət, öskürək və digər simptomlar hiss edən kimi çıxış yolunu antibiotiklərdə görür. Əslində isə dərdinizə dərman hesab etdiyiniz bu dərman vasitələri sağlamlığınıza ciddi zərər verə bilər. Bundan xəbərsiz olanlar da var, təhlükəni bilə-bilə antibiotik qəbul edənlər də… Həkim Adil Qeybulla deyir ki, dünyanın […]