“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır

Oxunma vaxtı:20 Saniyə

“HƏMAS” Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.

Bu barədə mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

Eyni zamanda “HƏMAS” müəyyən tələblər irəli sürüb. Belə ki, onların dövlət qulluğunda işləyən hər hansı bir üzvü yeni administrasiyada olmalı və pensiya təminatı ilə təmin edilməlidir.

Loading

Next Post

Estoniya XİN başçısı: Avropa İttifaqı ABŞ-nin iştirakı olmadan da Ukraynaya dəstək verə bilər

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ABŞ Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirmək üçün kifayət qədər maliyyə resurslarına malikdir. Nazir bunu “ERR” televiziyasına müsahibəsində deyib. “Kiyev mübarizəni davam etdirmək qərarına gələrsə, Ukraynanı dəstəkləmək üçün bizim çoxlu maliyyə resurslarımız var”, – XİN başçısı qeyd edib.