Cənubi Koreyanın keçmiş baş naziri prezident seçkilərində namizədliyini irəli sürüb

Oxunma vaxtı:21 Saniyə

Cənubi Koreyanın keçmiş baş naziri və prezident səlahiyyətlərini icra edən Han Dok Su prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan edib.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

O vəd edib ki, prezidentlik müddətini azaltmaq üçün konstitusiyaya düzəlişlər edəcək və ticarət sahəsindəki böhranın aradan qaldırılması üçün iqtisadi təcrübəsindən istifadə edəcək.

Han Dok Su mayın 1-də vəzifəsindən istefa verdiyini bəyan edib. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 3-nə təyin edilib.

Loading

Next Post

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir. Tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri […]