Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 %-dən çoxu dolub:

“Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub. Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək”.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki obyektlərinə zərbələr endiriləcək. Bu barədə İran mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. SEPAH-ın bəyanatında həmçinin “İranın rəqiblərinə” dəstək verən region ölkələrini xəbərdar edib ki, öz siyasətlərini dəyişməsələr, Tehranın sərt cavabı ilə üzləşəcəklər. Bundan əlavə, SEPAH-dan bildirilib ki, ötən gecə iki neft […]