Kreml Rusiya MN-in 9 May paradı ilə bağlı Kiyevə xəbərdarlığına ciddi yanaşmağa çağırır

Oxunma vaxtı:25 Saniyə

Moskva Rusiya Müdafiə Nazirliyinin 9 mayda Ukraynanın mümkün hücumlarına cavab verməsi barədə xəbərdarlığına mümkün qədər ciddi yanaşmağa çağırır.

Rusiya mediasının xəbərinə görə, bu barədə Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, vətəndaşların Kiyevdən təxliyəsini təmin etmək lazımdır.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 9 May paradını pozmağa yönəlmiş hər hansı cəhd olacağı təqdirdə, Kiyevin mərkəzinə cavab zərbələrinin endirilə biləcəyi ilə bağlı Ukraynanı xəbərdar edib. Eyni zamanda, Ukrayna paytaxtında yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına şəhəri tərk etmək tövsiyə olunub.

Loading

Next Post

Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya daha da gücləndiriləcək

Azərbaycan Respublikası Prezidentinin 7 may 2026-cı il tarixli Fərmanına əsasən, “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilir. Bu barədə QSC-dən bildirilib. Qeyd edilib ki, qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər […]