Hörmüz boğazının açılmasından sonra “Brent” markalı neft ucuzlaşıb

Oxunma vaxtı:20 Saniyə

İranın Hörmüz boğazını açmasından sonra qlobal enerji bazarlarında neft ucuzlaşıb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin dəyəri 9,95% azalaraq 89,5 dollar/barel təşkil edib.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin dəyəri də 11,05% azalaraq 84,23 dollar/barel təşkil edib.

Xatırladaq ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında İranın Hörmüz boğazını açdığını bildirib.

Loading

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 11,06 ABŞ dolları və ya 9,57% azalaraq 104,49 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 115,55 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]