Azərbaycandan ən çox səs Ərdoğana gedib

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda səs verən türkiyəli seçicilərin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59%-i ( 2644 səs) AKP lideri Rəcəb Tayyib Ərdoğana, 46,41%-i (2290 səs) isə CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Azərbaycandakı səsvermədə 4983 Türkiyə vətəndaşı iştirak edib. Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs isə etibarsız hesab edilib. Seçici aktivliyi isə 57,75% olub.

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yenerin jurnalistlərə verdiyi açıqlamaya görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb. YSK rəhbəri deyib ki, hələ sayılmayan səslər nəticəyə təsir etməyəcək.

Loading

Next Post

Mövqelərimiz atəşə tutuldu

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.